28 Aprel 2015 11:26
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdrət Həsənquliyev: “Əminəm ki, Dağlıq Qarabağın işğaldan azad olunmasında partiyamız layiqincə iştirak edəcək”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıb. Partiya sədri qeyd edib ki, 6 erməninin Türkiyənin Böyük Millət Məclisinə namizədliyi irəli sürülüb: “Bilirsiniz ki, baş nazir Əhməd Davudoğlu ermənini özünə müşavir təyin etmişdi.

Düşünürdülər ki, bu cür addımlarla dünya birliyinin fikirlərini dəyişəcəklər. Daha bilmək istəmirlər ki, erməniləri qızışdıranlardan biri elə avropalılardı. Əhməd Davudoğlunun jestinə baxmayaraq, həmin erməni müşavir yenə öz xislətini göstərdi və bildirdi ki, ermənilər ”soyqırımı"na məruz qalıblar. Və tutduğu vəzifəsindən istefa verdi. İndi də 6 nəfər erməninin namizədliyini irəli sürüblər və düşünürlər ki, bununla guya Avropanın siyasətinə təsir edə bilərlər. Və yaxud ermənilərin öz siyasətlərini dəyişməsinə nail ola bilərlər".

Q.Həsənquliyev bildirib ki, işğal altındakı torpaqlarımızın azad olunması, dünyada türk birliyinin möhkəmlənməsi üçün Türkiyənin daha cəsarətli siyasət yürütməsinə ehtiyac var:
“Əhməd Davudoğlunun səsləndirdiyi yeni osmanlıçılıq siyasəti, onun ardınca da qonşularla ”sıfır problem" siyasətinin aparılması tamamilə iflasa uğrayıb. Yeni osmanlıçılıq siyasətinin gündəmə gətirilməsi bütün ərəb ölkələrini qorxudub və Türkiyədən uzaqlaşdırıb. Vaxtilə Yaxın Şərqdə ən yaxın müttəfiqi olan İsraillə düşmən olub. Misirlə hazırda münasibətlər düşmənçilik səviyyəsindədir. Digər ölkələr isə Türkiyə ilə məsafə saxlamağa üstünlük verirlər. Bizim istədiyimiz odur ki, Türkiyə Azərbaycanla daha sıx əməkdaşlıq və bütün türk ölkələrinə inteqrasiya eləsin. Bu yaxınlarda Qazaxıstanın prezidenti Nursultan Nazarbayev müraciət elədi ki, Türkiyə də Avrasiya İttifaqına qoşula bilər. Nazarbayevin bunu hansı niyyətlə söylədiyini bilirik. Çünki onun özünün Avrasiya İttifaqı ilə bağlı narahatlığı var".

BAXCP lideri bu ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkilərinə partiya üzvlərinin ciddi hazırlaşmasının vacibliyini önə çəkib: “Regionda proseslər ona doğru gedir ki, Azərbaycanda güclü partiyaların olması zərurətə çevrilib. Bizim partiyanın tutduğu barış siyasəti, qarşıdurmalardan yayınmaq siyasəti, ölkənin milli maraqları ilə bağlı sərgilədiyi mövqe imkan verəcək ki, BAXCP gələcəkdə 3-4 güclü partiyalardan birinə çevrilsin. Əminəm ki, Dağlıq Qarabağın işğaldan azad olunmasında bizim partiya layiqincə iştirak edəcək. Əminəm ki, bizim davamçılarımız BAXCP-ni yaşadacaq və Azərbaycanın birləşməsində, güclü Azərbaycanın qurulmasında, regionda sülhün bərqərar olmasında öz töhfəsini verəcək”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər