29 Aprel 2015 13:05
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əvvəlcədən də məlum idi ki, ilk Avropa Oyunları yaxınlaşdıqca müxtəlif dairələrin Azərbaycana qarşı həyata keçirmək istədikləri qara fikirlər intensivləşəçəkdir”. Bu barədə Trend-ə siyasi ekspert Arzu Nağıyev antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən deyib.

A.Nağıyevin sözlərinə görə, əlbəttə ki, burada əsas məqsəd qarşıdurma salmaq, ictimaiyyət arasında gərginlik yaratmaqdır.

A.Nağıyev vurğulayıb ki, Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsi keçirilən zaman da buna cəhdlər oldu:

“Yadınızdadırsa, müsaəlman ölkəsi olan Azərbaycanda anoloqu olmayan bir aksiyaya əl atmaq istədilər, insan haqlarının tapdalanmasını bəhanə gətirərək cinsi azlıqların da nümayişini keçirmək arzusunda oldular. Bu məsələlərdə isə narazı təbəqə kimi kimdəm istifadə ediləcəyi də məlumdur - müxalifətin müəyyən qanadı və ya maliyyə dəstəyi xaricdən olan bəzi təşkilatların nümayəndələri nəzərdə tutulur”.

A.Nağıyevin fikrincə, məlumdur ki, ilk Avropa Oyunları vaxtı və ərəfədə icazəsiz heç bir mitinq və nümayiş keçirilməsinə imkan verilməyəcək, yəni asayişin pozulması kimi qiymətləndiriləcək və hüquqi cəhətdən də bu düzgün addım olacaq:

“Bütün bu variantların iflasa uğrayacağını hiss edərək artıq daha “qlobal faza”ya keçilir və məsələ ABŞ dövlət katibi sıəviyyəsinə çatdırılır. İlk öncə müxtəlif fondlar adından danışılsa da artıq bu məslələrin arxasında xüsusi xidmət orqanlarının maliyyə dəstəyi hiss olunur. Məlumdur ki, bu gün Azərbaycan dövlətinin müstəqil siyasəti çoxlarını razı salmır. Onların düşüncəsinə görə, necə ola bilər ki, müsəlman dövləti ərəb ölkələrinə bənzəmir, əksinə olaraq ilk Avropa Oyunlarına ev sahibliyi edir?”.

Ekspert hesab edir ki, ilk Avropa Oyunları ərəfəsində və Oyunlar vaxtı dövlət haqqında mənfi rəy yaratmaq üçün yəqin ki, idmançılar və turistlərdən deyil, məhz akkreditə olunmauş bəzi xarici jurnalist və KİV nümayəndələrindən daha çox istifadə etməyi nəzərdə tutan fondlara yəqin ki, milyonlarla maliyyə vəsaiti ayıracaqlar və bəlkə də artıq ayırıblar:

“Bu maliyyə dəstəyi isə maraqlı dövlətlərin rəsmilərinin icazəsi və marağı olmadan edilə bilməz. Məhz buna görə də Con Kerri və bu çəkili dövlət məmurlarını irəli verib öz maraqlarını güdürlər.Bu işlərdə hədəf kimi də bəzi yerli QHT-lərin arzuları özlərinə diqqət yetirmək, bunu dünya səviyyəsində yaymaq, etdiklərinin müqabilində siyasi dividend və müəyyən maliyyə dəstəyi almaqdır. Düşünürəm ki, bu yollarla dövlətin nüfuzuna xələl gətirə biləcək heç bir hadisə baş verməyəcək. Buna həm ictimaiyyət, həm də dövlətin özü tam hazırdır”.


Müəllif:

Oxşar xəbərlər