ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdən bəhs edib.
Teleqraf.com-un məlumatına görə, o, özünün Twitter səhifəsində qeyd edib ki, həmsədrlər bu gün və sabah Parisdə Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri ilə görüşəcəklər: “Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr aparılacaq”.
Qeyd edək ki, Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov aprelin 30-da ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri ilә görüşәcәyini bəyan etmişdi.
Nərgiz