30 Aprel 2015 12:14
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin toplantısı keçirilib.

Teleqraf.com xxəbər verir ki, İdarə Heyəti qurumun 17-19 aprel tarixlərində İstanbulda eçirilən XIII Qurultayından sonra ilk dəfə olaraq toplanıb. Yığıncağda cari fəaliyyət planının ilkin müzakirələri aparılıb. DAK İdarə Heyətinin üzvləri fəaliyyət planı və təşkilatlanma barədə öz təkliflərini irəli sürüblər. İrəliləyən siyasi dünyada Azərbaycan maraqlarının milli ifadəsi adına DAK-ın təşkilat modelində bəzi dəyişikliklərin edilməsi, yeni departamentlərin, müşavirliklərin yaradılması, məqsədəuyğun hesab edilib. Bölgə təmsilçiliklərinə yeni namizədlərin təyin olunması barədə fikir mübadiləsi aparılıb, təkliflər nəzərə alınıb.

Fəaliyyət planında nəzərdə tutulan işlərin və öhdəliklərin çevik icra mexanizminin yaradılması üçün icra strukturunun daha mütəşşəkkil bir şəkildə təşkil edilməsi qərara alınıb. Dünya azərbaycanlılarını təmsil edən ən böyük milli disapor təşkilatı olaraq qurumun dünyanın müxtəlif nöqtələrində olan təmsilçiliklərinin keyfiyyətcə daha uyğun bir vəziyyətə gətirilməsi və yenilərinin yaradılması hədəflənib.

Bununla bağlı təkliflər, müzakirələr DAK İdarə Heyətinin növbəti iclasında davam etdirələcəkdir. Dəyişikliklər və struktrur yenilikləri ilə bağlı nəticələr ən yaxın zamanda DAK İdarə Heyətinin ictimaiyyət və KİV-ə hesabatında élan olunacaqdır.

Nemət


Müəllif: