1 May 2015 14:24
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu bildirildi, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu.

İki ölkə arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensialın olduğu vurğulandı və münasibətlərimizin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edildi.


Müəllif:

Oxşar xəbərlər