2 May 2015 16:28
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifətin bir qisminin toplaşdığı Milli Şuranın 3 mayda keçirmək istədiyi mitinqə Bakı Şəhər İcra Hakimiyyəti icazə verməyib. Bundan sonra Milli Şura və AXCP mitinqi təxirə saldığını elan edib.

Həmçinin sosial şəbəkələrdə Bakı meriyasının "yox" cavabı ilə bağlı tənqidi kampaniya aparıb. Məsələni dəqiqləşdirən zaman bəlli olub ki, əslində, Bakı meriyası Milli Şuraya "yox" deməyib. Sadəcə olaraq, qrafik sıxlığı səbəbindən təklif edib ki, bu qurum mitinqini mayın 2-də keçirsin.

Milli Şura isə Bakı meriyasının bu təklifini qəbul etməyib. Beləcə, sonda mitinq qərarından vaz keçilib.

Qeyd edək ki, bununla da, mitinq məsələsinə bir neçə ay ərzində son qoyulacaq. Çünki yayda insanlar istirahətə, tələbələr isə rayonlara gedirlər.

Cavidan


Müəllif:

Oxşar xəbərlər