21 May 2014 17:47
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Rifah Partiyasının sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Türkiyənin Manisa vilayətinin Soma rayonunda baş verən faciə ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım kampaniyasına qoşulub.

Teleqraf.com xəbər verir ki, bu gün o, cəmiyyətin müvafiq hesabına 500 AZN (637 USD) köçürüb.

Bundan əlavə, müğənni Orxan Babazadə Soma üçün 200 AZN (255 USD) ayırıb.

Ümumilikdə, bugünədək Azərbaycan Qızıl Aypara Cəmiyyətində 15741 AZN və ya 20058 USD məbləğində pul yığılıb. Mayın 21-dək həmin vəsaitin 13 min dolları və ya 10197 manatı Türk Kızılayının Zıraat Bankındakı müvafiq hesabına köçürülüb.

Səxavət


Müəllif: