6 May 2015 15:01
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasında yaşanan gərginliyə münasibət bildirən başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bildirib ki, partiyanı dağılmış hesab etmək olar.

"Özünə təskinlik verənlər partiyanın heç bir zaman dağılmayacağını deyir. Fəqət anlamırlar ki, Müsavatın zəifləyərək mövcud duruma düşməsi, dərnəyə çevrilməsi elə dağılma kimi bir şeydir. Diqqət edin, partiya qurultaydan sonra cəmiyyətin diqqətini çəkən nə bir aksiya, nə bir dəyirmi masa keçirə bilib. Bütün enerjiləri ADR Hərəkatına qarşı yönəlib. Həyatını 20 ildir Müsavata həsr etmiş insanları "xəyanətkar" elan edib partiyadan uzaqlaşdırırlar", deyə S.Əlisoy bildirib.

Onun sözlərinə görə, partiyada təkcə cəza mexanizmi işləyir, sanki təməl prinsiplərdən biri də cəza imiş: "Ən acınacaqlısı odur ki, bir dəstə adam qurultay eyforiyasından sonra rasional düşüncədən məhrum olub. Əmin olun, ADR tərəfdarları ilə "haqq-hesab" bitdikdən sonra, onlar biri-birinə girəcək, əsl həngamə o zaman başlayacaq. Partiyanı xilas etmək üçün bu gün Müsavat Partiyasında üzv olaraq qalmaqda davam edən, kimsəyə biət etməyən, demokratik fikirli insanlar susmamalıdır. Müsavat komsomol zehniyyətin işğalından xilas olmalıdır. Hacılı və ona sadiq 10-15 adam tarixi bir partiyanı məhvə aparır. Müsavatın yeganə çıxış yolu Hacılı və dəstəsini layiq olduqları yerdə oturtmaqdır".

Ayxan


Müəllif:

Oxşar xəbərlər