6 May 2015 17:48
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sekuta: “Polis zorakılığı ilə bağlı problemimizi gizlətməyə yox, onu həll etməyə çalışırıq”

ABŞ səfiri Robert Sekuta ilə səfir müavini Derek Hoqan ABŞ-da irqi zəmində yaranmış gərginlik və polis zorakılığı mövzusunda Facebook sosial şəbəkəsində müzakirə keçiriblər. İstifadəçilər səfirə ABŞ-dakı irqi ayrı-seçkiliklə bağlı suallar ünvanlayıblar.

“Amerika heç bir vaxt mükəmməl olduğunu iddiya etməyib”

Səfir suallara cavab olaraq qeyd edilib: “Əfsuslar olsun ki, irqi zəmində zorakılıqlar dünyanın müxtəlif ölkələrində baş verir və hər bir ölkə bunu etiraf edərək, sözügedən məsələni ünvanlamalıdır. Birləşmiş Ştatlarda biz irqi bərabərsizlik probleminin anlanması və etiraf oluması istiqamətində uzun yol keçmişik. Amma deyə bilmərik ki, bu iş tamamlanıb, biz bunu hökumətimizin ən yüksək səviyyəsində başa düşürük. ABŞ Prezidenti Obamanın bu yaxında qeyd etdiyi kimi: “…əfsuslar olsun ki, çox hallarda insanlar digərlərinə qarşı olan münasibətlərin tam ədalətli olmasından əmin deyllər. Ola bilsin ki, müəyyən hallarda insanlar yanılsın, lakin müəyyən hallar gerçəkdir. Biz bu məsələni məhz Amerikanın problemi kimi dəyərləndiririk, məhz qara dərililərin və ya xalis amerikalıların problem kimi deyil”. İstərdim ki, siz ABŞ-da polis zorakılığı barədə olan məlumatların yaranmasının səbəbini nəzərdən keçirəsiniz. Bu məlumatların gündəmə gəlməsi məhz ondan ibarətdir ki, biz problemi işıqlandırmağa çalışırıq. Amerika heç bir vaxt mükəmməl olduğunu iddiya etməyib və biz problemlərimizi gizləməyə yox, onları həll etməyə çalışırıq”.

“Etirazlar zorakılığa yol açarsa…”

“ABŞ dövləti polis sıralarında islahat aparırmı” sualına da səfir cavab verib: “Zorakılığın həqiqətən də aidiyyatı olan şəxslər üçün mənfi nəticələri olur, istər məişət zoraklığı olsun, istər müharibədə zorakılıq, istərsə də Baltimorda şahidi olduğumuz vətəndaş iğtişaşları nəticəsində ortaya çıxan zorakılıq. Lakin bəzən həyatları və əmlakı qorumaq üçün gücdən istifadə labüd olur. Bu hallarda yaranan əsas suallardan biri nə zaman polisin gücdən istifadə etməsi məqsədəuyğundur və nə qədər güc istifadə edilə bilər? Missuri ştatı, Ferqüssondakı hadisələrin məhkəmə araşdırması gücün qanun çərçivəsində istifadə olunduğunu aşkar etdi. Baltimorda, qeyd etdiyim kimi, müstəntiqlər aşırı gücdən istifadə ehtimalının olduğu qənaətindədirlər. Etirazçılar qəzəblənəndə kütləni qovarkən polisin gücdən istifadə etməsi düzgün idimi? Bu məqamda ABŞ Konstitusiyasına edilən Birinci Düzəlişin insanlara dinc şəkildə toplaşmaq hüququ verdiyini xatırlatmaq mühümdür. Burada “dinc” sözü vurğulanmalıdır, çünki etirazlar zorakılığa yol açarsa hüquq mühafizə orqanları müdaxilə etmək, insanları və əmlakı ziyandan qorumaq öhdəliyi daşıyırlar. Minimum gücdən istifadə etməklə polisin buna necə nail ola bilməsi məsələsi üzərində işlədiyimiz məsələlərdən biridir. Lakin o da qeyd olunmalıdır ki, Baltimordakı zorakılıq ondan əvvəl şəhərdə yer alan bir neçə günlük dinc nümayişlərə də kölgə saldı. İnsanlar qəbuledilməz hesab etdikləri polis zorakılığına diqqət çəkmək üçün öz toplaşmaq azadlıqlarından istifadə edirdilər. Nümayişlər məcradan çıxmamışdan xeyli öncə hakimiyyət bu çağırışları eşitmiş və altı polis işçisi barədə cinayət işinin açılması ilə nəticələnən istintaq aparmışdı”.

O əlavə edib ki, son statistik məlumatlara görə, polislə təmasda olan insanların yalnız 1,4 faizinə güc tətbiq edilib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər