7 May 2015 22:23
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir dövlətin ərazi bütövlüyünü müdafiə etmək, digərini isə etməmək olmaz. Bunu Trend-ə GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.

O, qeyd edib: "Əgər biz buna məhəl qoymasaq, vəziyyət təkcə Avropada deyil, digər qitələrdə də gərginləşə bilər və sonra bunu nizamlamaq çətin olacaq".

V.Çeçelaşvilinin sözlərinə görə, GUAM münaqişələrin həllində ikili standartları qəbul etmir: "Dünya arenasında müxtəlif oyunçuların olduğunu və onların öz maraqlarını rəhbər tutmalarını nəzərə almaq lazımdır. Bu, təkcə GUAM-ın üzv ölkələrinə deyil, həm də müxtəlif dövlətlərə qarşı baş verir".


Müəllif:

Oxşar xəbərlər