12 May 2015 13:44
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalib Salahzadə: "Belələri mahiyyət etibarı ilə ermənilərdən fərqlənmirlər"

"Bakıda keçiriləcək Birinci Avropa Oyunları sözün bütün mənalarında Azərbaycan üçün ciddi əhəmiyyət kəsb edir. Dövlətçilik, milli təəssübkeşliyi olan insanlar üçün bu oyunlar önəm daşıyır. Şəxsən, mən bütün ailəmlə, dostlarımla birlikdə açılış mərasimində iştirak edəcəm".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Qalib Salahzadə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycanın imicini, nüfuzunu daha da yüksəldəcək.

"Mən sosial şəbəkələrdə, bəzi internet saytlarında oxuyuram ki, kimlərsə Avropa Oyunlarına qarşı kampaniya aparır, onun əhəmiyyətini azaldır. Bəzi qüvvələr idman yarışına siyasi rəng qatır, demokratiya adı altında dövlətimizə, millətimizə qarşı qara yaxır. Avropa Oyunlarının Bakıda keçirilməsini istəməyən, ona qarşı kampaniya aparanlar Azərbaycanın düşmənidir. Başqa sözlə ifadə eləsək, belələri ermənilər qədər təhlükəli ünsürlərdir", deyə millət vəkili bildirib.

Q.Salahzadənin sözlərinə görə, bəzi azərbaycanlıların ölkədən kənarda dövlətə qarşı kampaniya aparmasına heç cür bəraət qazandırmaq olmaz: "Məgər ailədə söz-söhbət olanda onu kənarda danışırlar? Hər kəs bilir ki, Birinci Avropa Oyunlarının əsas yükünü cənab Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva üzərinə götürüb. Azərbaycanın çörəyini yeyib, suyunu içib onun prezidentinə qarşı kampaniya aparan nankorlar bilməlidirlər ki, onlar dövlətimizin düşmənləridir və mahiyyət etibarı ilə ermənilərdən fərqlənmirlər. Prezident İlham Əliyevin Heydər Əliyev Mərkəzindəki çıxışını dinlədim. Çox möhtəşəm idi. Həqiqətən də, Azərbaycan tarixən bu günki qədər güclü olmayıb. Həm iqtisadi, həm hərbi, həm mədəni, həm də sosial-siyasi baxımından. Güclü Azərbaycanın təməlini Heydər Əliyev qoyub və bu təməlin üzərində ölkəni zirvələrə İlham Əliyev qaldırıb. Kimlərsə, bu inkişafı, yüksəlişi görmür. Belə nankorların bəlasını Allah-təala verəcək. Cənab Prezidentin bütün ailə üzvləri Azərbaycan üçün zəhmət çəkir, gecə-gündüz işləyirlər".

Millət vəkili sonda onu da bildirdi ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi buradakı sabitlikdən xəbər verir: "Heç kəs iddia edə bilməz ki, Azərbaycanda sabitlik yoxdur. Uşaqlarımız, nəvələrimiz gecə saatlarında rahatlıqla şəhərdə gəzib-dolaşırlar. 92-93-cü illərdə yaxınlarımızı heç gündüz vaxtı şəhərə çıxmağa qoymurduq ki, dəyib-dolaşan olar. İndi nəvəm gecə saat 12-də evə gəlir. Özüm də rahat oluram ki, heç kəs ona irişib-sataşmaz. Çünki Azərbaycanda sabitlik hökm sürür".

Ayxan


Müəllif:

Oxşar xəbərlər