12 May 2015 18:00
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Fəzail Ağamalı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Yerli özünüidarəetmə və dövlət quruculuğu təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün mayın 13-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, tədbirin gündəliyinə Dövlət və bələdiyyə qulluğuna dair model Məcəllənin, “Sərhədyanı əməkdaşlıqda yerli hakimiyyət orqanlarının iştirakının qaydaları haqqında”, “İctimai nəzarətin əsasları haqqında”, “Yerli özünüidarəetmənin təşkilinin ümumi prinsipləri haqqında” model qanunların layihələri və digər məsələlər daxil edilib.

Deputatımız iclasda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər