13 May 2015 10:49
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər etməyi planlaşdırırlar. APA-nın "news.am"-a istinadən verdiyi məlumata görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik bildirib.


Vasitəçi ötən həftə Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla görüşdə münaqişənin həlli yollarını müzakirə etdiklərini deyib.

"Biz hər zaman prezident Əliyev və prezident Sarkisyanla danışıqlar imkanından istifadə edirik" deyən diplomat Ermənistan və Azərbaycan liderlərinin danışıqları intensivləşdirmək istədiklərini vurğulayıb.

"Prezidentlərin görüşünün vaxtı hələlik müəyyənləşməyib, ancaq hər iki prezident danışıqların intensivləşməsini istədiyini ifadə edib. Vasitəçilərin rolu normal danışıqlar prosesini təşkil etməkdir, biz prezidentlərin görüşünü təşkil etmək üçün yaxın vaxtlarda regiona səfər edəcəyik", - deyə Uorlik bildirib.

O, münaqişə tərəflərinin problemin dinc yolla nizamlanmasını arzu etdiklərini deyib.

"Hesab edirəm ki, həm prezident Əliyev, həmn prezident Sarkisyan münaqişənin həlli yollarını tapmaq istəyirlər. Bu münaqişə artıq uzun illərdir, davam edir və kifayət qədər insan həyatının yarımçıq qalmasına səbəb olub. Biz istəyirik ki, bunun sonu gəlsin", - deyə həmsədr vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər