13 May 2015 12:49
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq deputat, Müsavat Partiyasının funksioneri Arzu Səmədbəyli partiyadaxili proseslərə qarışmır.

A.Səmədbəyli Teleqraf.com-a açıqlamasında bildirib ki, o, partiyada baş verənlərə münasibət bildirmək istəmir: "Özünüz də görürsüz ki, mən danışmıram. Hələ bir müddət danışmaq niyyətində deyiləm".

Qeyd edək ki, Müsavat Partiyasının sonuncu qurultayından sonra partiyada gərginlik hökm sürür. Seçkilərin saxta keçirildiyini iddia edənlər və partiyadakı idarəçilikdən narazı olanlar istefa veriblər.

A.Səmədbəyli isə bu günə qədərə Müsavat Partiyasında yaşanan gərginliyə münasibət bildirməyib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər