14 May 2015 12:47
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) iqtidar-müxalifət görüşündə iştirakla bağlı hələ qərar verməyib.

KXCP sədri Mirmahmud Mirəlioğlu Teleqraf.com-a bildirib ki, "Azadlıq-2015" seçki blokunun dünənki toplantısında iqtidar-müxalifət görüşü müzakirə olunub: "Qərara gəlindi ki, bu məsələdə hər bir partiyaya sərbəstlik verilsin. Şəxsən bizim sabahkı görüşdə iştirakla bağlı hələ qərarımız yoxdur. Məsələ partiyada müzakirə olunacaq".

M.Mirəlioğlu onu da qeyd etdi ki, görüşdə müzakirə olunacaq məsələlər barədə məlumatlı deyil: "Görüşü təşkil edən Prezident Administrasiyasıdır Müzakirə olunacaq məsələləri də onlar müəyyən edirlər və görüş vaxtı açıqlanır. Əgər görüşdə iştirak etsək müvafiq təkliflər səsləndirəcəyik".

Qeyd edək ki, iqtidar-müxalifət dialoqu mayın 15-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Ayxan


Müəllif:

Oxşar xəbərlər