14 May 2015 14:51
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsavat Partiyasına üzv olan şəxslərin xaricə gedib-getməyəcəyini əvvəldən bilmək çətindir. Ola bilsin ki, partiyamızın adından sui-istifadə edərək xaricə gedənlər olub. Lakin bu işdə Müsavatı ittiham etmək olmaz”.

Teleqraf.com xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında deyib.

A.Hacılı Müsavatın ailə partiyasına çevrilməklə bağlı ittihamlara da münasibət bildirib: “Biz hakimiyyətə qarşı hansı ittihamları irəli sürürüksə, ADR üzvləri də bizə qarşı həmin ittihamları irəli sürür. Mənim qardaşım Mustafa Hacıbəyli uzun illərdir Müsavat Partiyası üçün çalışıb. Mustafa Hacıbəyli İsa Qəmbərin müşaviri idi, mənim müşavirim deyil. Belə halda Müsavatın qardaşlar partiyasına çevrilməsi haqda ittihamlar doğru deyil. Mən fəxr edirəm ki, mənim qardaşım bu gün Müsavatda yanımdadır və mübarizə aparır”.

Ruslan


Müəllif:

Oxşar xəbərlər