14 May 2015 22:55
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçidə Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Con Kerri arasında 13 may tarixində keçirilən görüş dünya mediasının gündəmi olmaqla bərabər müxtəli asbektlərdən müzakirə olunmaqdadır. Bəzi siyasi ekspertlər hesab edir ki, ABŞ ilə Rusiya arasında münasibətlərin bu şəkildə davam etməsi Amerikanın maraqlarına ziddir.

Başqa sözlə desək, Amerika Birləşmiş Ştatları Rusiyanın zəiflədilməsində və sıradan çıxarılmasında maraqlıdır. Əslində Rusiya iqtisadiyyatının çökməsi, siyasi səhnədən zəifləyərək sıradan çıxması heç də beynəlxalq aləm üçün o qədər də yaxşı hal sayılmır. Rusiya böyük iqtisadiyyata, əraziyə malik ölkədir. Beynəlxalq aləmdə də, kifayət qədər söz sahibidir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. O baxımdan da, hal hazırda ABŞ ilə Rusiya arasında münasibətlərin bu şəkildə davam etməsi eyni zamanda Amerikanın da maraqlarına zidd gəlməyə başlayır. Amerika isə Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir.

Politoloq Razi Nurullayevin sözlərinə görə, Soçi görüşündə Ukrayna ilə bağlı ciddi bir nəticənin əldə olunması gözlənilən deyildi və belə də oldu: "Suriya məsələsində müəyyən bir nəticəyə gəlmək meylləri var. Hazırda AŞB Ukrayna ilə bağlı siyasətində hər hansı bir dəyişikliyə getmək niyyətində deyil. Belə görünür ki, Putin də Ukrayna ilə bağlı siyasətində hər hansı bir addım atmaq niyyətində deyil. Müharibənin başlama təhlükəsi də qalır. Suriya ilə bağlı təmaslar davam edəcək və müəyyən bir sonluğa gəlib çata bilər. Hesab edirəm ki, Rusiya da bunda maraqlıdır. Çünki Amerika və Rusiya arasında münasibətlərin normallaşması Suriya ilə bağlı razılıq olsa, baş verə bilər. Ümumiyyətlə, belə görünür ki, ABŞ Ukraynanən başını sığallamqda davam etməyəcək. Çünki, Rusiya münasibətlərin kəskinləşməsi digər qlobal problemlərin birgə həllinə maneçilik yaradır. Ona görə də ABŞ Minsk razılaşmasının davam etməsində və yeri gələrsə, Ukraynanın Şərq vilayətlərini itirməsi ilə barışmaq niyyətindədir".

Politoloq hesab edir ki, Ukraynalı pilot Nadejda Şevvçenkonu azadlığa çıxması münasibətlərin normallaşmasına gətirib çıxara bilər: "Nadejda Savçenko bütün dünyada artıq mübarizə simvoluna çevrilib. Demək olar ki, bütün demokratik qərb dövlətləri ayrı-ayrılıqda Putinə və Rusiya hökumətinə onun azad olunması ilə bağlı müraciət ünvanlayıblar. Artıq Şevçenko ilə bağlı Rusiya kifayət qədər üzərinə təzyiqlər alır. Bu baxımdan, mən hesab edirəm ki, hal- hazırda olmasa da, yaxın zamanlarda onun həbsdən buraxılması razılaşdırıla bilər. Eyni zamanda, münasibətlərin normallaşması üçün ABŞ-ın bu xahişini yerinə yetirməsi elə də böyük problem deyil. Şevçenko siyasi oyunun qurbanıdır və siyasi təzyiq kimi istifadə olunmaqdadır. Putin də, onun azad etməklə, Rusiyanın xeyrinə hər hansı qərar almağa çalışacaq".

Ayxan


Müəllif:

Oxşar xəbərlər