Dünyanın ən bahalı kəşmir sapfir üzüyü 7.3 milyon dollara satılıb.
Teleqraf.com Türkiyə mətbuata istinadən xəbər verir ki, İsveçrənin Cenevə şəhərində təşkil olunan hərracda mavi rəngli 35 karatlıq kəşmir sapfiri olan üzük 7.3 milyon dollara satılıb.
Üzüyün sahibi adının çəkilməsini istəməyən asiyalı bir nəfərə olduğu deyilib.
Kristies hərrac evindən verilən açıqlamada üzüyün hər karatı 209 min 689 dollar dəyərində olduğu bildirlib.
Rüstəm