18 May 2015 11:15
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ölkəmizdə səfərdə olan İsrail Xarici İşlər Nazirliyinin nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan-İsrail əlaqələri, ölkələrimiz arasındakı gələcək əməkdaşlıq məsələləri, regiondakı ictimai-siyasi və hərbi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları müzakirə edilib.

Asim Mollazadə qonaqlara DİP-in fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə nümayəndə heyətinin başçısı, İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş direktorunun müavini Zvi Rav-Ner, şöbənin əməkdaşı İtay Tagner, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və səfirliyin digər əməkdaşları iştirak edib.

Nemət


Müəllif:

Oxşar xəbərlər