22 May 2014 17:15
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atəşkəsə dair sazişin imzalanmasından indiyədək Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində itkilərin baş verməsi ABŞ-ı çox məyus edir.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar erməni kəşfiyyat-diversiya qrupunun mayın 21-dən 22-nə keçən gecə cəbhənin Füzuli rayonu ərazisində, müdafiənin ön xəttində yerləşən Azərbaycanın mövqelərindəki postlardan birinə basqın etməyə cəhdini şərh edərkən deyib.

R.Morninqstar bildirib ki, hər bir ölümlə nəticələn hadisə faciədir.

Səfirin sözlərinə görə, bu hadisə bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Diplomat qeyd edib ki, Dağlıq Qarabağ problemi Azərbaycan üçün böyük ağrıdır: "Biz münaqişənin həllinə nail olmaq üçün əlimizdən gələni etməliyik. Bu münaqişənin sülh yolu ilə həlli çox vacibdir" /Trend/.


Müəllif: