ABŞ daxili təhlükəsizlik katibinin köməkçisi, beynəlxalq əlaqələr üzrə baş diplomatik zabit Alan Bersin Bakıda səfərdədir.
ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərdə məqsəd Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunmuş Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Qlobal Təsis Konfransında iştirak etməkdir.
Sabah A.Bersin konfransda “Təhlükəsizlik: xətlər və axınlar. Sərhədlərin Başlanğıcı və Sonu. Sərhəd İdarəetmə Fəaliyyətinin Nəzəriyyəsi və Qlobal Dövrdə Təhlükəsizlik” mövzusunda çıxış edəcək./apa/