19 May 2015 15:25
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük İpək Yolu Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə Böyük İpək Yolu Gənclər İttifaqı ilə İslam Əməkdaşlıq Təşkilatı arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Bildirilib ki, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.

İ.Mədəni Azərbaycanda olduğundan məmnunluq ifadə edib. Qeyd edib ki, İƏT Azərbaycanla bağlı layihələrə dəstək verməyə hazırdır.

Görüşdə, həmçinin bir sıra ikitərəfli fəaliyyətlərin icrasına dair məsələlər müzakirə edilib.


Müəllif:

Oxşar xəbərlər