19 May 2015 18:04
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Səmərəli nəzarət üçün şəffaflıq və məsuliyyətdə parlamentin rolu” mövzusunda konfransda iştirak etmək üçün mayın 20-də Serbiyanın paytaxtı Belqrad şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Serbiya parlamentinin binasında keçiriləcək tədbir İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının (GOPAC) Serbiya milli bölməsi və BMT İnkişaf Proqramı tərəfindən təşkil olunub. Konfransda korrupsiyaya qarşı mübarizə ilə bağlı biliklərin təşviqi, şəffaflığın gücləndirilməsi, idarəçilik məsələləri üzrə əməkdaşlıq və təcrübə mübadiləsi mövzularında müzakirələr aparılacaq.

Tədbirdə Azərbaycan, Albaniya və Serbiyanın GOPAC bölmələrini birləşdirən Regional GOPAC bölməsinin, habelə yeni milli GOPAC bölmələrinin yaradılması ilə bağlı məsələlərə baxılacaq.

Millət vəkili, GOPAC Azərbaycan bölməsinin sədri Əli Hüseynli konfransın “Parlamentarilərin anti-korrupsiya prosesinin təşviqində aparıcı rolu” mövzusundakı bölməsində çıxış edəcək.

Nemət


Müəllif: