20 May 2015 10:29
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin, mayın 28-də isə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasları keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Tədbirlərdə milli konstitusiyalarda uşaq hüquqlarının təsbiti, qanunsuz miqrantların kriminallaşdırılması, böhran şəraitində mədəni irsin qorunması, Rusiya Federasiyası nümayəndə heyətinin mandatı ilə bağlı məsələ, Azərbaycanda demokratik təsisatların fəaliyyəti, Türkiyə və Makedoniya ilə monitorinq sonrası dialoq və digər mövzularda müzakirələr aparılacaq, Avropa Şurasına üzv dövlətlər arasında münaqişəli məsələlərə dair şifahi hesabat dinləniləcəkdir.

Səməd Seyidov müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəkdir.

Nemət


Müəllif:

Oxşar xəbərlər