20 May 2015 20:06
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu uğura ölkəmiz həyata keçirdiyi siyasət, dünyadakı nüfuzu sayəsində nail olub. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan özünü dünyada etibarlı tərəfdaş kimi təsdiq edib”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu baxımdan, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də Azərbaycanın nüfuzunun göstəricisidir. Onun fikrincə, ilk Avropa Oyunları Azərbaycanın dünyadakı müsbət imicini daha da gücləndirəcək. Millət vəkilinin sözlərinə görə, möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsində məkan olaraq Azərbaycanın seçilməsində də bu amil mühüm rol oynayır. İlk Avropa Oyunları ilə əlaqədar hazırda dünyanın diqqəti ölkəmizə yönəlib.

“Amma müəyyən dairələr Azərbaycanın bu uğurlarına qısqanclıqla yanaşır. Təbii ki, burada erməni izi də var. Erməni lobbisi və onun təsirində olan dairələr hər fürsətdə Azərbaycana ləkə yaxmağa çalışır. Birinci Avropa Oyunları ərəfəsində baş verənlər buna sübutdur. Lakin bu cəhdlər heç bir nəticə verməyəcək”, – deyə E.Məmmədov vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər