22 May 2015 08:20
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 may tarixində AR-ın Misirdəki səfirliyində Respublika günü münasibətilə tədbir keçirilmişdir. Bu barədə Teleqraf.com-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat veriblər.

Tədbirdə Misirin ictimai-siyasi xadimləri, elmi dairələrin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin Qahirə, Ayn-Şəms və Əl-Əzhər universitetinin tələbələri, Misirdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Səfir Ş.Abdullayev 28 may 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul edilməsi ilə təşəkkül tapmış Azərbaycan Demokratik Respublikasının şərqin ilk respublikası olduğunu qeyd etmişdir.

SSRİ-nin dağılmasından sonra ADR-in legitim varisi kimi Azərbaycan Respublikasının yenidən öz müstəqilliyinə qovuşduğunu deyən səfir ölkəsinin son illər ərzində surətlə inkişaf etdiyini vurğulamış, lakin buna baxmayaraq, Azəraycanın qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağılq Qarabağ münaqişəsi olduğunu qeyd etmişdir. Səfir Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu qeyd etmiş, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini bildirmişdir.

90-cı illərin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını qeyd edən səfir hakimiyyətin bir neçə dəfə dəyişdiyini, daxildən və xaricdən bir çox təzyiqlərlə üzləşdiyini bildirmiş, nəhayət 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanıldığını bildirmişdir. Məhz H.Əliyevin müdrik siyasəti ilə qısa zaman ərzində dövlətin əsaslarının gücləndiyini qeyd edən səfir işğalçı Ermənistan tərəfi ilə atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu bildirmiş, ümummilli lider tərəfindən milli enerji strategiyasının işlənildiyini və onun rəhbərliyi altında 1994-cü ildə dünyanın müxtəlif şirkətlərinin iştirak etdiyi və dəyəri 50 milyard ABŞ dolları olan “Əsrin müqaviləsi”nin imzalandığını Misir ictimaiyyətinin diqqətinə çatdırmışdır.

Sonra tədbirdə iştirak edən Misirin ictimai-siyasi xadimləri danışaraq, Misir-Azərbaycan münasibətlərinə, eyni zamanda 18-19 may tarixlərində Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəinə toxunmuş və növbəti ay Bakıda keçiriləcək Bakı 2015 İlk Avropa Oyunları barədə danışmışlar.


Müəllif: