23 May 2014 09:57
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının Bakıda keçirilən Daimi Komitəsinin iclasında spiker Oqtay Əsədov da danışıb.

Spiker bildirib ki, AŞPA Daimi Komitəsinin Bakıda keçirilməsi münasibəti ilə hər kəsi təbrik edir:

“Azərbaycan AŞ-yə üzv olduğu 14 ildə ilk dəfədir ki, bu quruma sədrlik edir. AŞ-nin 65 illik tarixi sübut edir ki, demokratiyanın alternativi yoxdur. Təşkilata sədrliyi dövründə Azərbaycanda insan hüquqları, qanun aliliyinin həyata keçirilməsinə çalışacaq. Azərbaycan artıq prioritet hesab etdiyi məsələləri açıqlayıb. Korrupsiya, təhsil, sosial sahə, qanunun aliliyi. Azərbaycan AŞ-yə sədrlik etdiyi müddətdə də demokratik islahatları davam etdirəcək. Qarşıdakı 6 ay ərzində Bakıda 18 tədbir keçiriləcək. Qarşıdan gələn fəaliyyət üçün biz sizin də dəstəyinizi vacib hesab edirik. Azərbaycan Avropa Şurasının prinsip və dəyərlərinə sadiqdir. Ölkəmizin Avropa standartlarına uyğun qanunlar formalaşdırılır. AŞ PA Azərbaycanın ağır problem olan Dağlıq Qarabağ, məcburi köçkünlərə daima diqqət edib. ATƏT-in Minsk qrupu 20 ildir fəaliyyət göstərir, amma problemlər hələ də qalır. Azərbaycan tərəfi işğal olunan ərazilərinə icazəsiz gedən şəxsləri ölkəmizdə persona non qrant elan edir. Bununla bağlı Azərbaycan XİN öncədən məlumat verib. O cümlədən də Avropa Şurasının üzv ölkələrinə. Ancaq Avropa Şurasının tədbirlərinin 2 il müddətində Bakıda keçirilməməsi haqda qərarı bu mənada anlaşılmazdır”.

Nemət


Müəllif: