Milli Şuranın mitinq oyunu davam edir. Artıq bir aydan çoxdur ki, mitinq keçirəcəyini bəyan edən, bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib icazə alan və sonda aksiyanı təxirə salan Milli Şura yenidən aksiya keçirmək qərarına gəlib.
Əldə etdiyimiz məlumata görə, Milli Şura bu dəfə mayın 31-də mitinq keçirmək haqqında qərar verib. Yaxın günlərdə bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcəyi də gözlənilir.
Onu da qeyd edək ki, Milli Şuranın nizamnaməsinə görə, mitinq haqqında qərarı sessiya çıxarır. Ancaq son bir ayda Milli Şuranın adından qərarları daha çox Koordinasiya Şurası verir.
Mənbə isə deyir ki, şura daxilində mitinqlə bağlı fikir ayrılıqları var. Belə ki, burada təmsil olunan bitərəflər mitinq keçirməyin əleyhinədirlər.
Cavidan