Dünya Azərbaycanlıları Konqresinin son qurultayından sonra yaranan problem yoluna qoyulmayıb.
Qeyd edək ki, son qurultaydan bir müddət sonra DAK Daimi Şurasının sədri Əjdər Tağızadə mandatını təhvil verərək İdarə Heyətinin üzvlüyündən və Daimi Şuradan çıxıb.
Ancaq bununla belə Tağızadə DAK rəhbərliyinə qarşı iddialar irəli sürür. Onun dediklərindən belə çıxır ki, DAK-da cəmi 3 güneyli fəaliyyət göstərir, çoxluq isə quzeylidir. Əjdər Tağızadə mətbuatda DAK və onun sədri Sabir Rüstəmxanlı ilə bağlı da açıqlama verib. Qeyd edək ki, DAK 1997-ci ildə yaradılıb və bu günə qədər bir neçə dəfə parçalanıb.
Görünən budur ki, Ə.Tağızadə qurumdan getdikdən sonra DAK-ı bir daha parçalamaq niyyətindədir. Əks təqdirdə Tağızadə bir qədər səbirli davranış ortaya qoyardı. Məlumata görə, Ə.Tağızadə DAK-dan getməzdən öncə Sabir Rüstəmxanlı ilə görüşərək dost kimi ayrılıb. İndi baş verənlər isə deməyə əsas verir ki, DAK-da vəzifə davası gedir.
Cavidan