23 May 2014 10:33
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri, AŞ-nin Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov qurumun Bakıda keçirilən iclasında çıxış edib.

Nazir Nazirlər Komitəsinə sədrlik edəcəyi müddətdə prioritet hesab etdiyi məsələlər haqda danışıb:
“Azərbaycanın inkişafı və irəliləməsini necə gördüyümüz yəqin ki, sizin üçün maraqlı olar. Azərbaycan Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə korrupsiyanı əsas prioritet kimi göstərib. Biz burada böyük bir konfrans keçirəcəyik. Azərbaycan İdman Müsabiqələrinin Manipulyasiyasına qarşı Avropa Şurasının Konvensiyasını dəstəkləyəcək. Sədrliyimiz dövründə dözümsüzlük və ayrıseçkiliyə qarşı öz töhfəmizi verəcəyik. O cümlədən regionlararası dini dialoq müstəvisində”.

Nazir Dağlıq Qarabağ haqqında danışarkən deyib ki, XXI əsrdə Avropada insanlar çox faciəvi haldadır, milyonlarla insan məcburi köçkündür. Daha sonra nazir Azərbaycanın xarici və daxili siyasəti haqqında danışıb:

“Azərbaycan ərazisində islam, xristianlıq, buddizm dinlərininn yanaşı yaşaması var və indiyə qədər bir dəfə də olsun anti semitizm halı yaşanmayıb. Bu bizim səylərimiz nəticəsində yaranan tolerantlıqdır. Ona görə də, biz Azərbaycanda bunun dəstəklənməsinə səy göstərəcəyik. İqtisadiyyatın inkişafı vacibdir. Müstəqilliyin qorunması baxımdan xarici və daxili siyasət mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqazın UDM-nin 70 faizi Azərbaycanın payına düşür. Sənaye istehsalı 270 % artıb. Qeyri-neft sektorunun inkişafı son illər 2 dəfə artıb. Azərbaycan investisiya qoyulması baxımından münasib ölkədir. Azərbaycan maliyyə imkanlarını genişləndirir, donor ölkəsinə çevirir. Azərbaycan 20-dən çox ölkədə layihələr həyata keçirir. Xanım Anne Brasseur, eləcə də, cənab Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinə toxundu. Mən sizə əminliklə deyirəm ki, bu münaqişə regionu irəliyə aparmır. Münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Problemin həlli bu qətnamələrə söykənməlidir. Həll ərazi bütövlüyünə, bir milyona yaxın insanın doğma yurduna qayıtmasına əsaslanmalıdır. Amma təəssüflər olsun ki, biz ikili standartlarla da rastlaşırıq. BMT-nin 4 qətnaməsi icra edilməyib. Amma biz bəzən görürük ki, qətnamələr qəbul olunur və dərhal da yerinə yetirilir”.

Nemət


Müəllif: