25 May 2015 12:48
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müsavat Partiyası parlament seçkilərində təkbaşına iştirak edəcək. Artıq bununla bağlı partiyada ümumi fikir formalaşıb. Çox güman ki, nə yeni blok yaradacağıq, nə də mövcud bloklardan birinə qoşulacağıq. Öz imkanlarımız, potensialımız kifayət qədərdir".

Bunu Teleqraf.com-a açıqlamasında Müsavat Partiyası Təşkilat Komitəsinin sədri Razim Əmiraslanov bildirib. Onun sözlərinə görə, Müsavat Partiyası parlament seçkilərinə hazırlıq işlərinin davam etdirir: "Rayon təşkilatlarının konfransları keçirilir. Namizədlərin siyahısı hazırlanır".

R.Əmiraslanov Binəqədi rayon təşkilatının Vurğun Əyyubun partiyadan çıxarılmasına dair özəyin qərarının ləğv etməsinə də münasibət bildirib: "Vurğun Əyyubun partiyaya bərpa edilməsilə bağlı Binəqədi rayon təşkilatında keçirilən toplantı səlahiyyətli olmayıb: "Nizamnaməyə görə, rayon təşkilatının iclasının keçirilməsi üçün sədr, müavinlə, şura sədri dəvət olunmalıdır. Amma Binəqədi rayon təşkilatında bu olmayıb. Ona görə də biz hesab edirik ki, Vurğun Əyyubun partiya üzvlüyünə bərpası ilə bağlı qərar qanunsuzdur və qanunsuz qərar qəbul edənlər tərəfimizdən cəzalandırılacaq".

Ayxan


Müəllif:

Oxşar xəbərlər