Bu gün KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda qərarların icra vəziyyətidəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirəedilərək uyğun qərarlar qəbul edilib. Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib. KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin 17 rayon şöbəsində keçirilən konfranslarlarla bağlı verilən məlumatlar dinlənilib.
Konfransların KXCP Nizamnaməsinə uyğun keçirildiyi,seçkili orqanların tam formalaşdığı və KXCP qurultayına nümayəndələrin seçilmələri haqqında məlumatlar nəzərə alınıb. KXCP Neft Daşları, Qobustan, Elm, Astara, Lənkəran, Şuşa, Şirvan, İsmayıllı, Gənçə, Samux, Goranboy rayon şöbələrinin konfranslarının nəticələrinin tanınması haqqındaqərar qəbul edilib.
Yığıncaqda KXCP sədri MirmahmudMirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış etmişdir.
Yığıncaqda 28 may-Respublika günüdə saat 14.00-da Məmmədəmin Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət etmək qərarlaşdırılıb.
Cavidan