Oxşar xəbərlər
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AŞPA sədri Anna Brassör və digər AŞPA üzvlərini Azərbaycana tez-tez səfər etməyə dəvət edib.
ANS PRESS-in məlumatına görə, bunu bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında AŞ Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov deyib.
“Siz dediniz ki, 2 il ərzində Azərbaycana gəlməyəcəksiniz, Azərbaycanda AŞPA-nın tədbirləri keçirilməyəcək, ancaq AŞPA üzvlərini və sizi Azərbaycana dəvət edirəm”.
A.Brassör isə bildirib ki, həbsdə olan şəxslərlə görüşməklə bağlı israrını davam etdirəcək: “Mən o şəxslərlə azadlıqla görüşmək istəyirəm”.