Montoneqro Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Azərbaycanın milli Bayramı, 28 May - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Monteneqro arasında dostluğa əsaslanan əlaqələr hər zaman səmimi olub. Gələcək əməkdaşlığımızın dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminəm.
Fürsətdən istifadə edərək ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndirir və münasibətlərimizin inkişafına vediyiniz şəxsi töhfələrinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".