27 May 2015 12:17
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən də qarşıdan gələn növbəti parlament seçkiləri ilə bağlı antiAzərbaycan kampaniyasının yeni dalğasının yaranacağını ehtimal edirəm, düşünürəm”.

Bunu Milli Məclisin deputatıMusa Quliyev deyib. Onun fikrincə, Azərbaycana qarşı onlarla belə kampaniyalar olub: “O il olmur ki, bizə qarşı hər hansı müəyyən əks- təbliğat, müəyyən basqı olmasın, o da o dövlətlərin marağı, strategdiyası, siyasətidir və onlar doğrudan da, bundan qazanc əldə edirlər. İstər siyasi qazanc, istər iqtisadi qazanc əldə edirlər, istərsə də müəyyən mərhələdə özlərinin kapitallarını artırırlar və sair”.

Deputat hesab edir ki, bu, bir siyasi oyundur və ona qarşı emosional reaksiya verməyin tərəfdarı deyil: “Dövlətin başçısı, dövlətin müvafiq qurumları, strukturları vaxtaşırı profilaktik tədbirlər görürlər, vaxtaşırı hər kəsə öz yerini göstərirlər”.

M.Quliyev hesab edir ki, bu cür kampaniyalar olacaq:“Avropa Oyunlarından sonra parlament seçkilərində, onun ardınca gələn İslam Həmrəylik Oyunlarında, daha sonra prezident seçkilərində, tutaq ki, bir referendum keçirəcəyik o zaman, ondan sonra məsələn, ikinci süni peykimizi kosmosa buraxacağıq həmin vaxt, bunlar baş verəcək”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər