Deputat Zahid Oruc parlamentdə çıxışı zamanı Milli Şiranın sabah keçirəcəyi aksiyanı tənqid edib.
Teleqraf.com xəbər verir ki, o deyib ki, Milli Şuranın 30 may aksiyasını 19 may üzərində qurması riyakarlıqdır: “Bu adamlarln ağrısı 19 mayda olan ağrı deyil. Bunu hamı bilir. Həmkarım Arif Rəhimzadə demişdi ki, siz əlinizi qızdırasınız deyə bütövlükdə ölkəni yandırmağa çalışırsınız. Bütün sosial şəbəkələr onların təhqirləri ilə doludur".
Deputat xaricdə dini təhsilin qadağan edilməsi təklifini də gündəmə gətirib: "Bizdə təbii ki, İslam Universiteti var. Sonradan universitetdə təhsil pullu oldu. Din dövlətdən ayrıdır. Onlar gedirlər xaricə və buraya hərəsi ayrı cür model gətirirlər. Mən istərdim ki, gələcəkdə bizdə dini təhsil pulsuz olsun”.
Nemət