Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında baş nazirin müavini, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ilə görüşüb.
Görüşdə Ə.Əhmədov Yeni Azərbaycan Partiyasının Aİ ölkələrinin siyasi partiyaları ilə əlaqələrindən, Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlıqdan bəhs edib. Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə hazırlığı prosesi barədə məlumat verən YAP sədrinin müavini ölkənin və partiyanın qarşısında dayanan prioritet sahələrə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini qonaqların diqqətinə çatdırıb.
Öz növbəsində, Malena Mard Avropa İttifaqının müxtəlif sahələr üzrə Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi bölməsinin rəhbəri Toralf Pioz da iştirak edib.
Səxavət