29 May 2015 18:52
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün iyunun 1-dən Fransanın paytaxtı Parisdə ikigünlük səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, iclasa AŞPA-nın sədri Ann Brasör də qatılacaq. Komitədə deputatımız Rafael Hüseynov “Demokratik cəmiyyətlərdə dini azadlıqlar və birgəyaşayış” mövzusunda məruzəsini təqdim edəcək.

Digər məruzələrdə kiber terrorizmə və internet üzərindən hücumlara qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi zərurətinə toxunulacaq, rəqəmsal əsrdə intellektual mülkiyyətin qorunmasına xüsusi diqqət yetiriləcək. Media məsuliyyəti və etikası, ölkələrindən kənarda yaşayan icmaların təhsil və mədəni şəbəkələri, mədəniyyət və demokratiya məsələləri gündəmdə olacaq. Antidopinq siyasəti yenidən nəzərdən keçiriləcək. İnsanlar arasında bərabərliyə və inteqrasiyaya nail olmaq üçün idmandan sosial cəlbedilmə körpüsü kimi istifadə edilməsinə baxılacaq.

Məruzələr ətrafında fikir mübadiləsindən sonra Komitədə bir sıra təşkilati məsələlərə baxılacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər