Yusif Bağırzadə: “Artıq Makedoniya və Serbiyanın qəti mövqeyi müəyyənləşib”
“Əgər XX əsrdə Bakı-Tiblisi-Ceyhan Azərbaycan neft ehtiyatlarının Avropaya idxalı ilə bağlı həyat yolu hesab olunurdusa, XXI əsrdə TAP layihəsi Azərbaycanın qaz ehtiyatlarının Avropaya nəqli baxımından ikinci həyat yoludur”.
Teleqraf.com-un xəbərinə görə, bunu AMİP sədri Yusif Bağırzadə TAP və TANAP layihəsinin reallaşması məsələsini şərh edərkən bildirib.
Bağırzadə qeyd edib ki, TAP layihəsi Azərbaycan iqtisadiyyatına kifayət qədər dividentlər gətirən, eləcədə həcminə görə böyük layihədir. Onun sözlərinə görə, həm də bu Xəzəryani dövlətləri içərisində qazı Avropaya nəql edəcək yeganə iri layihədir: “Gələcəkdə digər Xəzər dövlətləri də bu layihəyə qoşula bilər. TAP-a alternativ kimi daha çox Türk Axını layihəsi göstərilirdi. Ancaq Türkiyənin energetika naziri Taner Yıldız bəyanat verdi ki, TAP Türk Axınına alternativ ola bilməz. Ancaq şübhəsiz ki, bu iki layihə bir-birinə alternativdir. Ancaq ötən həftə maraqlı proseslər baş verdi. Başqa sözlə, TAP-ın həyata keçməsi reallaşdı”.
Yusif Bağırzadə xatırladıb ki, Makedoniya dövləti Türk Axını layihəsinin onun ərazisindən keçməsini dayandırdığı haqda bəyanat verib, bildirib ki, Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər normallaşana qədər bu proyektdə iştirakçı olmayacaq: “İkincisi, ötən həftə Serbiya dövlət rəsmiləri bəyan etdilər ki, onlar yalnız TAP layihəsini dəstəkləyir və bu projeyə qoşulacaq. Bu faktiki o deməkdir ki, TAP layihəsi reallığa çevrilir, onun tərəfdarları çoxalır. Bu da, şübhəsiz ki, Azərbaycan üçün çox əhəmiyyətlidir. Azərbaycan başqa ölkələrin iqtisadi layihələrinə, eləcədə Türk Axını projesinə qatışmır. Ancaq bu günün önəmi ondan ibarət oldu ki, TAP-la bağlı Makedoniya və Serbiyanın pozitiv mövqeyi müəyyənləşdi. Hesab edirəm ki, bu Azərbaycan üçün müsbət və yaxşı atmosfer yaradır”.
Nemət