2 İyun 2015 12:02
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Kanadadakı səfirliyi bu ölkədə fəaliyyət göstərən İmpact Telecom (Startec) telekommunikasiya şirkəti tərəfindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin “Nagorno-Karabakh” adı altında telefon zənglərinin çatdırıldığı məntəqə kimi göstərildiyini müəyyən edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yaydığı açıqlamada bildirib. H.Hacıyev deyib ki, səfirlik tərəfindən məsələ ilə əlaqədar Azərbaycanın narahatlığı və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi faktı İmpact Telecom (Startec) şirkətinin nəzərinə çatdırılıb və Azərbaycanın ərazisi olan “Dağlıq Qarabağ”ın şirkətin saytından çıxarılması və bu kimi zənglərin dayandırılması məsələsi qaldırılıb.

İmpact Telecom (Startec) şirkətinin cavab məktubunda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin telefon zənglərinin çatdırıldığı məntəqələr sırasında göstərilməsi ilə əlaqədar təəssüf ifadə olunaraq, onun siyahıdan çıxarıldığı barəsində məlumat verilib. Zənglərin çatdırıldığı məntəqələrin siyahısının vahid siyahı əsasında şirkət tərəfindən əldə edildiyi və sistemi yükləndiyi bildirilib. Məktubda eləcə də İmpact Telecom (Startec) şirkətinin Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqı, Kanadada yaşayan Azərbaycan diasporu və ya Azərbaycana zəng edən hər hansı şəxsə qarşı qərəzli mövqe tutmaqdan tamamilə kənar olduğu qeyd olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər