2 İyun 2015 15:56
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayevin Efiopiyanın aparıcı mətbuat orqanı olan “The Ethiopian Herald” qəzetində “Bakı-2015 Avropa Oyunları gerisayımda" başlıqlı növbəti müsahibəsi dərc olunub.

Azərbaycanın Efiopiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, E.Abdullayev öz müsahibəsində Azərbaycanda keçiriləcək Bakı-2015 Avropa Oyunları haqqında geniş məlumat verərək, ilk Avropa Oyunlarında 20 idman növü üzrə 6 mindən çox idmançının iştirak edəcəyini bildirib. Azərbaycanın bu mötəbər tədbirə tam hazır olduğunu qeyd edən səfir ölkəmizdə ən müasir idman komplekslərinin olduğunu vurğulayıb.

Həmçinin E.Abdullayev 26 aprel 2015-ci il tarixində Azərbaycanın, Avropanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdiyini qeyd edərək, Bakıda ilk Avropa Oyunlarının məşəlinin alovlandırıldığını vurğulayıb. Əlavə olaraq, səfir Bakı-2015 ilk Avropa Oyunlarında 15 min nəfərdən artıq könüllünün fəaliyyət göstərəcəyini bildirib.

Diplomat müsahibədə qeyd edib ki, Bakı-2015 Avropa Oyunları ilk dəfə keçirildiyinə və Azərbaycan bu ilk Avropa Oyunlarına ev sahibliyi etdiyinə görə tarixə imza atacaq.

Müsahibədə səfir E.Abdullayev Azərbaycanda həyata keçirilən iqtisadi, sosial layihələr barədə məlumat verib, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Misal olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində cari ilin 18-19 may tarixlərində Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini göstərib.


Müəllif:

Oxşar xəbərlər