"Birinci Avropa Oyunları ölkəmizin idman sahəsində qazandığı uğurları nümayiş etdirməklə yanaşı, eyni zamanda, iqtisadi, sosial, mədəni inkişafımızı da dünya ictimaiyyətinə təqdim edəcək".
Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artması ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsində əsas amillərdən biridir. Onun sözlərinə görə, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən və milli maraqlarımızın qorunmasını özündə ehtiva edən xarici siyasət kursumuz Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mühüm üstünlüyümüzü təmin edib. Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları bu münaqişə ilə bağlı həqiqətlərin bir daha geniş Avropa ictimaiyyətinə çatdırılması baxımından da olduqca əhəmiyyətlidir.
"Elə bu səbəbdəndir ki, ilk Avropa Oyunlarını hədəfə alanlar ermənilər və onlara dəstək duran xarici və daxili ermənipərəst qüvvələrdir. Amma onların bu cəhdləri heç bir nəticə verməyəcək, - deyə S.Fətəliyeva vurğulayıb.
Səxavət