3 İyun 2015 15:44
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi qeyd olunub”.

Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qətnamələrində bu məsələ öz əksini tapıb. Onun sözlərinə görə, həmin sənədlərdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsi də əksini tapıb.

“Güc tətbiqi ilə ələ keçirilmiş ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayana və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülh və əməkdaşlığın bərqərar olması mümkün deyil. Əgər beynəlxalq təşkilatların vasitəçiliyi nəticə verməsə Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək”, – deyə E.Məmmədov qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər