3 İyun 2015 17:38
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pənah Hüseyn və Mirmahmud Mirəlioğlu Mitinq Komitəsi yaradıb

Bu gün “Azadlıq – 2015” seçki bloku nun Sədrlər Şurasının iclası olub. İclasda KXCP, Azadlıq, BAP, VİP, ALDP, Aydınlar partiyası, Az.DP, AXP sədrləri iştirak edib.

Teleqraf.com xəbər verir ki, toplantıda ictimai- siyasi vəziyyət və seçki blokunun vəzifələri müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Avqust ayında seçki blokunun kütləvi aksiyalara başlaması ilə bağlı müzakirələr aparılıb və Mitinq Komitəsinin yaradılması haqqında qərar qəbul edilib. Mirmahmud Mirəlioğlu və Pənah Hüseyn rəhbərliyi altında Mitinq Komitəsi formalaşdırılıb.

Blokun Seçki Qərargahından blokun seçki platformasının hazırlanması tələb edilib.

Toplantıda Azad Demokratlar Partiyasının qeydiyyatının ləngiməsi ilə bağlı narahatlıqlar ifadə edilib və bunla bağlı bir daha hakimiyyət orqanlarına müraciət edilməsi məqsədəuyğun hesab edilib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər