5 İyun 2015 15:17
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının I Avropa Oyunlarını boykot çağırışı hətta müxalifət düşərgəsində dəstəklənmir. Bu qərar "gülməli", "zərərli" və "gecikmiş" sayanlar kifayət qədərdir. Siyasi partiya sədrləri hesab edirlər ki, Müsavat Partiyasının Avropa Oyunları ilə bağlı Avropa dövlət rəhbərlərinə oyunların açılış mərasiminə qatılmamaqla bağlı müraciəti nəinki nəticə verməyəcək, hətta bu partiyaya qarşı ictimai qınağı artıracaq.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Teleqraf.com-a bildirib ki, istənilən şəxs, qurum istənilən şeyi danışa bilərlər, formal olsa da belə: "Bəzi adamlara elə gəlir ki, Avropa ölkələrinə nə desələr, qəbul olunacaq. Hesab edirəm ki, Avropa Şurasını tənqid etmək və ya onun adından danışmaq düzgün deyil. Nəyisə çağırmaq və ya nəyisə tənqid etməklə burada nəyisə düzəltmək mümkün deyil. KXCP olaraq və öz şəxsim adıma deyə bilərəm ki, bu məsələdə onların haqlı olduqları öz yerində, amma bunu təqdir eləmirəm. Düşünürəm ki, biz özümüz belə addım atmazdıq. Müsavata da etiraz eləmirik, o da onların haqqıdır”.

AMİP sədri Yusif Bağırzadə isə bildirib ki, ölkədə Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qaldığı bir vaxtda bu məsələni şərt kimi qabardaraq oyunların boykot edilməsinə yönəlik çağırışlar bütövlükdə dövlət maraqlarımıza uyğun deyil və dövlətçilik maraqlarından çıxış edərək bu cür çağırışları məqbul hesab etmək olmaz.

Ayxan


Müəllif:

Oxşar xəbərlər