Bu gün Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
MQF-dən Teleqraf.com-a verilən məlumata görə, forumun İdarə Heyətinin sədr müavini İradə Rizazadə gündəlikdə duran məsələlər haqqında qısa məlumat verib.
Sonra forumun prezidenti Rauf Zeyni MQF-yə daha iki təşkilatın üzvlüyə qəbul edilməsi barədə idarə heyətini məlumatlandırıb. “Maarifçilik və Konsaltinq” İctimai Birliyi və “Aqrar İnkişaf” İctimai Birliyinin MQF-yə üzv qəbul edilməsi İdarə Heyətinin üzvləri tərəfindən müzakirə olunub və səs çoxluğu ilə qərar qəbul olunub. Beləliklə MQF-nin üzvlərinin sayı 656-ya çatıb.
Daha sonra R.Zeyni son dövrlər BMT, ATƏT və Avropa Şurasının bəzi insan haqqları müdafiəçilərinin Azərbaycana qarşı birgə qərəzli mövqeyindən və ölkəmiz əleyhinə verdiyi bəyanatların vətəndaş cəmiyyətinin ciddi etirazına səbəb olmasından danışaraq, bildirib ki, bu kimi bəyanatların səsləndirilməsi Azərbaycana vurulan zərbə kimi qiymətləndirilir.
Həmçinin İdarə Heyətinin üzvləri də sərt etiraz mövqeyi ilə çıxış ediblər.
BƏXTİYAR