8 İyun 2015 17:38
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədrəddin Quliyev: “MHP bunun üçün müəyyən şərtlər irəli sürür”

“İyunun 7-də Türkiyədə keçirilən seçkilər göstərdi ki, seçicilər bu ölkədə demokratik adət-ənənələrin saxlanmasının tərəfdarıdır. Faktiki olaraq seçici Türkiyədə prezidentli respublika sistemini istəmir. Seçkidə partiyalara verilən səslər bunu deməyə əsas verir”.

Bunu dünən Türkiyədə keçirilən seçkilərin nəticəsini şərh edən Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.

Teleqraf.com-a açıqlamasında B. Quliyev söyləyib ki, indiki nəticə göstərir ki, vətəndaşlar Türkiyə cümhuriyyətinin təməl prinsiplərinin olduğu kimi qalması istənilir:

“Əlbəttə, ciddi seçki rəqabəti oldu. Prezident Ərdoğanın seçki kampaniyasına qatılması Ədalət və İnkişaf Partiyası üçün ağır problemə çevrildi. Türkiyə prezidenti anayasaya görə, seçkilər zamanı tərəfsiz qalmalıdır. Bu arada qeyd edim ki, seçkilərdə Cümhuriyyət Xalq Partiyasının Xalqların Demokrat Partiyasına (HDP) verdiyi əmanət səslər var idi. Bu diqqət çəkən məqam ola bilər. Seçkidən sonra HDP sədri Səlahəddin Dəmirtaş bəyan etdi ki, əmanət səslər daima diqqət mərkəzində olacaq və qorunacaq. Başqa sözlə, hakim partiyaya qalib gəlmək üçün CHP strateji baxımdan seçicilərinin 2-3 faizini HDP-yə yönəltdi. Yəni bu seçkilərdə həm də gizli səsvermə və oyunlar oldu. Avropa Birliyinin istəyi odur ki, bu bölgədə Türkiyə-Rusiya yaxınlaşması olmasın. Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyi bir mərhələdə Ankara-Moskva yaxınlaşmasını həzm etmir. Eləcədə Türk Axını layihəsinin qarşısını almaq marağındadır”.

B. Quluyev vurğulayıb ki, indi qərb və Avropanın istəyi budur ki, Türkiyədə MHP, CHP və HDP-dən ibarət koalisiyon hökumət qurulsun: “Ancaq burada solun birləşməsi MHP-dən asılı bir koalisiya hökuməti mənzərəsini yaradır. Hazırda MHP ilə AKP arasında koalisiyon hökumətin yaradılması üçün gizli danışıqlar gedir. Ancaq bu məsələdə MHP müəyyən şərtlər irəli sürür. MHP hesab edir ki, əgər prezident hökumətin qurulması prosesindən kənarda dursa, buna müdaxilə etməsə, hökumət qurmaq olar. Əgər prezident Ərdoğan müəyyən iddialarından geri çəkilsə, koalisiya baş tutacaq. Əks təqdirdə MHP, CHP və HDP arasında koalisiya hökuməti qurmaq məsələsi meydana çıxacaq”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər