8 İyun 2015 17:57
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yuri Uşakov: "Vladimir Putin Avropa Oyunlarının açılış mərasiminə qatılacaq"

“Rusiya Prezidenti Vladimir Putin iyunun 13-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək”.

Bu fikirləri Rusiya dövlət başçısının xarici siyasət üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti iyunun 12-də birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Bakıya səfər edəcək: “Prezident Kremldə milli bayramımıza həsr edilmiş təntənəli qəbuldan sonra Bakıya uçacaq. İyunun 12-də axşam Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Onun Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti ilə görüşəcəyi istisna olunmur. İyunun 13-də Rusiya Prezidentinin Azərbaycan Prezidenti ilə görşəcək”.

Qeyd edək ki, açılış mərasimi iyunun 12-də keçirilən Avropa Oyunları iyunun 28-də başa çatacaq.

Nərgiz


Müəllif: