24 May 2014 12:58
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Ukraynada növbədənkənar prezident seçkiləri başlayır. Bu ilin aprel ayının 3-dən Ukraynanın MSK--sı prezidentliyə namizədləri siyahıya almağa başladı. Mayın 25-də namizədlik uğrunda 23 nəfər mübarizə aparacaq. Onların içərisində siyasi dairələrdə tanınmış və tanınmamış namizədlər də var.

Ukraynadakı seçkiləri 2 min 784 rəsmi müşahidəçi izləyəcək, onlardan 19-u beynəlxalq təşkilatların müşahudəçiləridir, 19 xarici ölkədən isə seçkini 302 nəfər izləyəcək.

Azərbaycanın Mərkəzi Sekçki Komissiyasının mətbuat xidmətindən ANS PRESS-ə bildirliblər ki, gərgin iş qrafiki olduğundan Ukraynada keçirilən seçkiləri Azərbaycan MSK-dan izləyən olmayacaq. Miilli Məclisin mətbuat xidmətindən də sualımızı cavablandıraraq bildirdilər ki, Ukraynada keçirilən prezident seçkilərində Azərbaycan-Ukrayrayna Dostluq qrupuna daxil olan deputatlar da yəqin ki, iştirak etməyəcəklər. Çünki bu barədə siyahı hələ onlara təqdim olunmayıb.

Bu arada Rusiyanın Prezident Administrasiyasının rəhbəri Sergey İvanov da jurnalistlərə bildirib ki, Ukraynada keçirilən seçkilərə müşahidəçi göndərməyəcəklər.


Müəllif: