Əli Orucov: “Mən onu təqdir etmirəm”
REAL Hərəkatının sədri İlqar Məmmədovun Türkiyədə keçirilən 7 iyun parlment seçlilərininin nəticəsinə uyğun olaraq parlamentdə təmsil olunacaq partiya sədrlərinə təbrik məktubunda Türkiyə-Ermənistan sərhədlərin açılmasının dəstəklədiyini və bunun Qarabağ münaqişəsinin dinc yolla həllinə yeni, əvvəllər görünməmiş imkanlar aça biləcəyini vurğulayıb.
Hərəkat sədrinin bu fikirlərinə münsibət bildirən keçmiş partiyadaşı, AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, İlqar Məmmədovun yanaşmasını təqdir etmir:
“Türkiyə-Ermənistan sərhədlərinin açılması və Ümumi Qafqaz Evinin yaradılması Qərbin və ABŞ-ın birgə hazırladığı layihələrdi. Həmin layihələrdə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyü məsələsi aktual deyil. Sərhədlərin açılması nə Ankaraya nə, də Bakıya yaxşı heç nə vəd etmir. Nə də bu addım Ermənisatının Rusiyadan asılığını, yaxud da qopmasını təmin etmir. Çünki Ermənisatının varlığı Qərb və ABŞ-dan deyil, məhz Rusiyadan asılıdır. Zatən ermənilərin özləri də Türkiyə ilə geniş əlaqələrin qeydsiz-şərtsiz qurulmasına maraqlı deyil”.
AMİP yetkilisi onun da deyib ki, Bəzən Avropaya və Birləşmiş Ştatlara xoş gəlmək üçün həddən artıq liberallıq və kosmopolitlik sərgiləmək cəmiyyətimiz və dövlətimiz üçün risq yaradır: “Heç zaman razı ola bilmərik ki, Türkiyə-Ermənistan sərhədlərini açılması ilə rəsmi İrəvanın onsuz da qeyri-konstruktiv mövqeyinin gücləndirilməsinə daha bir təkan yaransın. Bu isə işğalçılıq və terrorçuluq siyasəti yürüdən indiki Ermənisatn hakimiyyətinin Cənubi Qafqazda təhlükəsiliyə və stabilliyə yeni təhdidlərlə nəticələnə bilər. Sərhədlərin açılması yalnız münaqişənin ədalətli həllindən, Ermənisatının qonşularına qarşı ərazi iddialarından əl çəkməsindən və düşmənçilik baxışlarının dəyişməsindən sonra mümkün ola bilər. Nəzərə almaq lazımdır ki, erməni təhlükəsi təkcə Azərbaycanın başının üstünü kəsməyib, eləcə də böyük coğrafi bir region üçün ciddi problem yaradıb”.
Cavidan